Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
831
08.01.2024, 15:19
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb.
Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır.
Oxu24.com bildirir ki, modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb.
Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.
Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skipkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə birgə duet ifaları da olmuşdu - onlar birgə mahnılar oxumuşdular.
Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdular. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı.
Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi.
Bu əlaqələr sonralar onların münanasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi.
2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə bir neçə birgə ifalarını duet şəklində lentə yazdırmışdı, Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi.
Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərinədən başqa heç kəs dəqiq bilmir.
Bəzi məlumatlara görə, 2009-cu ildə onların Cananın adını da atası qoyub.
Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir.
Qeyd edək ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək öz həyatına son qoymuşdu.



00:26 / 25 Sentyabr 2026
51
00:04 / 25 Sentyabr 2026
66
23:49 / 24 Sentyabr 2026
60
23:01 / 24 Sentyabr 2026
193
22:58 / 24 Sentyabr 2026
78
22:40 / 24 Sentyabr 2026
63
22:33 / 24 Sentyabr 2026
89
22:31 / 24 Sentyabr 2026
71
22:25 / 24 Sentyabr 2026
76
22:08 / 24 Sentyabr 2026
81
22:02 / 24 Sentyabr 2026
229
21:57 / 24 Sentyabr 2026
67
21:55 / 24 Sentyabr 2026
213
21:52 / 24 Sentyabr 2026
178
21:48 / 24 Sentyabr 2026
70
21:38 / 24 Sentyabr 2026
279
21:32 / 24 Sentyabr 2026
395
21:19 / 24 Sentyabr 2026
56
21:17 / 24 Sentyabr 2026
106
21:12 / 24 Sentyabr 2026
134
21:10 / 24 Sentyabr 2026
64
21:04 / 24 Sentyabr 2026
76
20:58 / 24 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.