Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda piyada keçidində avtomobil idarə edən sürücü həbs edilib

Bakıda piyada keçidində avtomobil idarə edən sürücü həbs edilib

REDAKTORUN SEÇİMİ

396

06.01.2024, 18:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.