Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100537
az

İşçilər axtarılır! Maaş 2500 AZN

18:5505 Yanvar, 2024
408
REDAKTORUN SEÇİMİ
  • A

ATS Food

Satınalma üzrə mütəxəssis

Son tarix 08 yan 2024 - [email protected]

İş məkanı: Sumqayıt ş.

Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi
Dil biliyi: Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı) 
Kompüter biliyi: Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
Digər: 1 C, ERP sistemlərdə işləmək bacarığı, Satınalma sahəsi üzrə sertifikatlar üstünlükdür
Vəzifədən gözləntilər:
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək; 
Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;  
Müqavilələrin hazırlanmasının təşkili  müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması,
Hesabatların hazırlanması və təqdim edilməsi.
İş Şərtləri:
Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi; 
Əmək haqqı: 1200-1800 
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Təmin edilir
Nahar: Təmin edilir
Könüllü tibbi sığorta: Təmin edilir
Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.

 

Baş energetik
 Son tarix 26 yan 2024 - [email protected]

İş məkanı: Sumqayıt ş.

Tələblər:
Təhsil səviyyəsi: Ali
İş təcrübəsi: İstehsalat sahəsi üzrə 5 il təcrübə
Dil bilikləri: Azərbaycan dili
Vəzifədən gözləntilər:
Elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək;
Müəssisədəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək;
Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını nəzərə alaraq işi təşkil etmək;
Müəssisədə çalışan elektriklərin və montyorların gördüyü işlərə nəzarət etmək;
Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək;
Texniki cəhətdən enerji və ekoloji avadanlıqların və enerji sistemlərinin təmirini, normal işini təşkil edir, fasiləsiz elektrik enerjisi verilişinə, qənaət rejimi, rasional xərcləmələrə nəzarət etmək;
Enerji verilişinin təşkili və planlaşdırılmasını, emalatxanalar və təsərrüfatlar,  təmir cədvəllərinin hazırlanması, avadanlıq və enerji şəbəkələrini, istehsal və istehlak planlarını, yanacağ emalını, enerji istehlak dərəcələri və istehlak rejimlərini idarə etmək;
Proqramların hazırlanmasını və onlar üçün lazımi hesablamaları, elektrik avadanlığı, materialları, ehtiyat hissələri,elektrik enerjisi və əlaqə müəssisəsinə  əlavə güc, inkişaf,enerji istehlakını  azaltmaq, yeni bir tətbiq təqdim etməklə,daha etibarlı, iqtisadi səmərəli və daha təhlükəsiz əməliyyat aparmaq üçün texnologiya, eləcə də əmək məhsuldarlığını artırmağı təmin etmək.
İş Şərtləri:
Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
Əmək haqqı: 1800-2500 
İş rejimi: 5 gün
Servis: Təmin edilir
Nahar: Təmin edilir
Könüllü tibbi sığorta: Təmin edilir
Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Baş energetik" qeyd olunmaqla göndərə bilərlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Aktrisa prodüseri tutdurdu
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
Dəvələr haqda maraqlı məlumatlar

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR