Qaynar xətt:

(+99450) 247 90 86

"Tarqovıy"da oteldə yanğın olub

\\\"Tarqovıy\\\"da oteldə yanğın olub

REDAKTORUN SEÇİMİ

402

05.01.2024, 18:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda hoteldə yanğın olub.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.