Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB ölən qızla bağlı açıqlama yaydı

TƏBİB ölən qızla bağlı açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

665

04.01.2024, 23:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib. Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.