Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu ərazilərə qar yağacaq  - XƏBƏRDARLIQ

Sabah bu ərazilərə qar yağacaq  - XƏBƏRDARLIQ

REDAKTORUN SEÇİMİ

691

04.01.2024, 13:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.