Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda iki nəfərin qətli ilə bağlı bəzi təfərrütlar məlum olub (VİDEO)

Bakıda iki nəfərin qətli ilə bağlı bəzi təfərrütlar məlum olub (VİDEO)

REDAKTORUN SEÇİMİ

539

01.01.2024, 23:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi dəhşətli cinayətlə bitib.

 

Oxu24.com-un  məlumatına görə, kafenin icarədarının  oğlu kababçını və müştərini qətlə yetirməktə şübhəli bilinir.

 

Hadisə ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonun, Biləcəri qəsəbəsində, dəmiryolu stansiyası yaxınlığındakı kafedə baş verib.

 

Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən 22 yaşlı Arif Bəhərçiyevin qeyd olunan ünvanda mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Kafenin nəzarətçisi Dilsuz Umudov deyib ki, qətli törətməkdə şübhəli bilinən Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədirmiş. İlkin məlumata görə, Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.

Göygöl rayonundan olan Ramil Səfərovun anası isə bildirib ki, oğlu axşam onlarla bərabər olub. Daha sonra isə onu həmin kafedə işləyən bir nəfər zəng edərək dəvət edib. Təxminən 20 dəqiqə sonra isə oğlunun öldürüldüyü xəbərini alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aysel Həsənova  bildirib ki, şübhəli şəxs artıq saxlanılıb.

Qeyd edək ki, Bəhərçiyevlər ailəsi həmin kafeni bir müddət bundan əvvəl  icarəyə götürüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: