Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1189
01.01.2024, 23:30
Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.
Oxu24.com-un məlumatına görə, Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş bir bacıdılar. Hacıqabul şəhəri M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.
Qardaşı Seymur Məmmədov APA-ya bildirib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.
İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.
***
Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb. Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) qeydə alınıb. Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.
Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Musavat.com xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.
"Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, paylaşımda qeyd edib.
Aşur Bədəlsoy bildirib ki, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:
"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."

01:31 / 29 Noyabr 2026
1
01:22 / 29 Noyabr 2026
46
00:11 / 29 Noyabr 2026
117
23:56 / 28 Noyabr 2026
254
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
398
23:13 / 28 Noyabr 2026
141
22:57 / 28 Noyabr 2026
133
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
134
22:01 / 28 Noyabr 2026
139
21:50 / 28 Noyabr 2026
156
21:34 / 28 Noyabr 2026
147
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
181
20:04 / 28 Noyabr 2026
188
19:43 / 28 Noyabr 2026
196
19:36 / 28 Noyabr 2026
189
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.