Bakıda avtomobil ana və uşağını vurub.
"Oxu24.com" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü İbrahimov Qəmnalı Məmməd oğlu "Opel Vectra" markalı avtomaşınla Nizami rayonu ərazisində idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurub.
Piyadalar Yeni Klinikaya yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR