Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
APA xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə
maddəsi ilə cinayət işi qaldırılıb.
Hazırda istintaq hərəkətləri aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya faktı təsdiqləyib.
Oxu24.com
ŞƏRHLƏR