Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98878
az

Pentaqon ABŞ-da silah istehsalının kifayət qədər sürətli olmadığını bildirib

18:3803 Dekabr, 2023
176
CƏMİYYƏT
  • A

ABŞ müdafiə sənayesi yüksək texnologiyalı silahlanma yarışında Çinlə ayaqlaşmağa çalışır.

 

Oxu24.com   xəbər  verir  ki,bu barədə “Politico” nəşri Pentaqonun müdafiə sənayesi üzrə noyabrın 27-də dərc edilməmiş hesabat layihəsinə istinadən yazır.

 

Layihə hesabatında qeyd olunduğu kimi, ABŞ müdafiə sənayesi hazırda qabiliyyət, tutum və cavabdehlikdən məhrumdur və “müdafiə istehsalının bütün ehtiyaclarını tez və miqyasda qarşılamaq üçün tələb olunan dayanıqlığa” malik deyil.

 

Həmçinin ABŞ-ın dünyanın ən yaxşı silah istehsalçısı olduğu, lakin bunu kifayət qədər sürətlə edə bilməyəcəyi bildirilib.

 

Sənəddə deyilir: “Bu, getdikcə artan strateji risk yaradır, çünki Birləşmiş Ştatlar eyni zamanda Hind-Sakit okean regionunda daha böyük, texnoloji cəhətdən inkişaf etmiş təhlükəni özündə saxlayaraq, aktiv döyüş əməliyyatlarını dəstəkləmək ehtiyacı ilə üzləşir”.

 

Pentaqon həmçinin qeyd edir ki, son 30 ildə Çin gəmiqayırma, kritik minerallar və mikroelektronika sahəsində “qlobal sənaye gücünə” çevrilib. Çin sənayesi "bütünlükdə həm ABŞ-ın, həm də əsas Avropa və Asiya müttəfiqlərinin imkanlarını əhəmiyyətli dərəcədə üstələyir".

 

Bundan əvvəl Amerikanın “World Street Journal” qəzeti ABŞ-da silah və sursat istehsalı ilə bağlı ciddi problemlər barədə məlumat vermişdi. Xüsusilə, ölkədə yeganə qara toz istehsal edən zavod iki ildir ki, fəaliyyət göstərmir.

 

Bundan əvvəl dövlət katibi Blinken bildirmişdi ki, Rusiya və Çin hazırda planetdə “dünya nizamı üçün ən kəskin təhlükədir”.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ekspertdən həyəcan təbili: 3 gün ərzində zəlzələ olacaq
"Atamı həkimlər məhv etdi" - FOTO
İnsultdan bu beş yolla qorunmaq olar

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq