Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98829
az

Rusiyada yaşıyan əcnəbilərə pis xəbər: Yeni Qanun çıxdı

13:4802 Dekabr, 2023
354
  • A

Rusiyada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri barmaq izi və identifikasiya prosedurlarından məcburi keçirməyə məcbur edən qanun hazırlanır.

 

Oxu24.com   bu barədə  Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

2021-ci ildən etibarən Rusiya əmək miqrantları bir aydan üç ay ərzində barmaq izini qeydiyyatdan keçirməli və fotoşəkil çəkməlidirlər.

 

Yeni qanun layihəsinə görə, avadanlıq real vaxt rejimində mövcud olarsa, FSB sərhəd xidmətinin əməkdaşları barmaq izi, foto çəkiliş və ya şəxsiyyətin müəyyənləşdirilməsini həyata keçirəcək. Daxil olan məlumatlar Daxili İşlər Nazirliyinə göndəriləcək.

 

Qeyd olunur ki, belə siyasət Rusiya ərazisindən keçməsi qadağan edilmiş miqrantları, habelə federal və ya beynəlxalq axtarışda olan xarici vətəndaşları müəyyən etməyə imkan verəcək.

 

Noyabrın əvvəlində Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bəyan edib ki, Rusiya ərazisində əcnəbilər üzərində nəzarət, xüsusən də vətəndaşlıq, yaşayış və müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı gücləndirilməlidir.

 

Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin SVO-da iştirakdan imtina etdiklərinə görə miqrantların Rusiya vətəndaşlığından məhrum edilməsini təklif etmişdi.

 

Müəllif: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MDB hökumət başçılarının növbəti iclasıbu     şəhərdə   keçiriləcək
"Türkiyə bu məsələ ilə bağlı ABŞ-ni xəbərdar edəcək" -KİV
Ermənistan tərəfi sərhəddə partlayışla bağlı   açıqlama    yaydı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Gəncədə sexdə    yanğın    oldu