Türkiyənin Ağrı vilayətində mikroavtobusla kamyonetin toqquşması nəticəsində 2-si ağır olmaqla 20 lisey şagirdi yaralanıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Lisey şagirdlərini daşıyan U.T. Ağrı-Taşlıçay yolunun Murat kəndi yaxınlığında N.P.-nin idarə etdiyi xidməti mikroavtobus. yük maşını ilə toqquşub.
Qəzada mikroavtobusda olan 20 lisey şagirdi yaralanıb.
Yaralı tələbələr təcili yardımla Ağrı Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Şagirdlər Berfin Y. və Alihan Y.-nin sağlamlıq vəziyyətlərinin ağır olduğu öyrənilib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR