Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov vəzifəsindən azad olunub.
OXU24.COM xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı dekabrın 1-də müvafiq qərar verilib.
Qərara əsasən, Elçin Bəhman oğlu Süleymanov ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsindən çıxarılıb. 2017-ci ilin dekabrın 1-dən prorektor işləyən E.Süleymanov hazırda fəaliyyətini Maliyyə kafedrasının dosenti vəzifəsində davam etdirir.
Digər qərarla, universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə isə Ağası Məlikov təyin olunub.
Xatırladaq ki, bu ilin sentyabr ayında Bakı Mühəndislik Universitetinin rektoru dəyişib və rektor vəzifəsinə Yaqub Maksim oğlu Piriyev təyin edilib.
Yeni rektor oktyabr ayında BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazovu vəzifəsindən azad edib. Hazırda bu vəzifə hələ də boşdur.
Oxu24.com
ŞƏRHLƏR