Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98774
az

AK Ukrayna da daxil olmaqla Aİ-nin müdafiə strategiyasını açıqlayıb

18:3930 Noyabr, 2023
306
DÜNYA
  • A

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib ki, Aİ-nin müdafiə strategiyasına Ukrayna da daxil olmalıdır.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Reuters məlumat yayıb.

 

AK rəhbərinin sözlərinə görə, Ukrayna hərbi ehtiyaclarını ödəmək üçün Aİ-nin müdafiə proqramlarına inteqrasiya edilməlidir.

 

“Bizim strategiyamız yalnız o zaman tam ola bilər ki, o, həm də Ukraynanın ehtiyaclarını və sənaye potensialını nəzərə alsın”, - deyə fon der Leyen bildirib.

 

Bundan əvvəl müxalif ukraynalı siyasətçi, “Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçuk bəyan etmişdi ki, Avropa Parlamentinin getdikcə daha az üzvü Ukraynanı Rusiya ilə müharibə yolunda dəstəkləməyə hazırdır.

 

Onun fikrincə, Ukrayna bu gün hərbi, maliyyə, sosial və energetika sahəsində çöküş ərəfəsindədir.

 

Avropa Şurasının rəhbəri Çarlz Mişel də bildirib ki, hazırda Avropa İttifaqı ölkələrinin liderləri arasında Ukraynanın üzvlüklə bağlı danışıqlara başlamaq qərarı ilə bağlı razılıq yoxdur.

 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukraynanın NATO-ya üzv ola bilməyəcəyinin səbəbini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan prezidenti vətəndaşları etiraz aksiyalarını davam etdirməyə çağırıb
Rusiya vilayətində avtobus qəzaya uğrayıb
Tramp planı TƏSDİQLƏDİ

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır