Noyabrın 26-da səhər Tayvan adasında zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki,bu barədə Reuters agentliyi Tayvanın Mərkəzi Meteorologiya Bürosuna istinadən məlumat yayıb.
Agentlik bildirib ki, Taypeydə baş verən zəlzələ zamanı binalar silkələnib, lakin ciddi dağıntılar barədə məlumat yoxdur.
Zəlzələnin episentri adanın şərq sahillərində olub. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, təkan Moskva vaxtı ilə saat 07:11-də qeydə alınıb.
Zəlzələnin ocağı 26,9 km dərinlikdə yerləşib.
Bundan əvvəl Saxalin adasının mərkəzi hissəsində 3,4 bal gücündə zəlzələ qeydə alınmışdı. Yeraltı təkanların episentri Pilvo kəndindən 11 km aralıda yerləşib, sakinlər zəlzələni hiss ediblər. Yeraltı təkanların mənbəyi 3 km dərinlikdə yerləşib.
Noyabrın 19-da isə cənub Kuril adalarının sahillərində 2,5 saatlıq fərqlə 4,7 bal gücündə iki zəlzələ baş verib.
Əvvəllər alimlər aşkar etmişdilər ki, yeraltı təkanlar zəlzələlərdən əsrlər sonra hiss oluna bilər.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR