İrlandiyanın paytaxtı Dublində bıçaqlı hücum nəticəsində 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki,İrlandiyanın paytaxtı Dublinin Parnell meydanında bıçaqlı hücum olub.
Hücum zamanı 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər yaralanıb.
Polisdən verilən açıqlamada hadisə ilə bağlı istintaqın davam etdiyi və yaralanan uşaqlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
İrlandiya mətbuatında yer alan xəbərlərdə təcavüzkarın polis tərəfindən nəzarətə alındığı və təcavüzkarın özünü yaraladığı bildirilib.
Xəbərdə hücumun məktəbə yaxın ərazidə həyata keçirildiyi, hücumun səbəbinin hələlik məlum olmadığı bildirilib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR