Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Bassem Naim Qətər, Misir və ABŞ-ın Qəzza zolağında noyabrın 24-dən qüvvəyə minəcək atəşkəsin qarantı olduğunu bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
"Qətər, Misir və Birləşmiş Ştatlar Qəzza zolağında humanitar atəşkəsin təminatçısı kimi çıxış edirlər", - Naeem deyib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövlətinin azad ediləcək girovların adlarının ilkin siyahısını aldığını təsdiqləyib.
Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün Həmas ilə razılaşmanı təsdiqləyib.
Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək.
Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək.
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək.
Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR