Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98375
az

Bakıda bu dönərxanalar bağlandı

16:2922 Noyabr, 2023
178
CƏMİYYƏT
  • A

Dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar həyata keçirilib. Belə ki, 2023-cü ilin 20 noyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 345A ünvanında fəaliyyət göstərən “Mersin Öz Tantuni” dönər evində, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında fəaliyyət göstərən “Ordubad” kafesində, Qaradağ rayonu, Binə Ticarət Mərkəzi ünvanında fəaliyyət göstərən “Alaturka” dönərxanasında, Nərimanov rayonu, A.Nemətulla küçəsi 73 ünvanında fəaliyyət göstərən “By Mersin Öz Tantuni” dönərxanasında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllə ünvanında fəaliyyət göstərən “Tam Dad” dönərxanasında, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 33 ünvanında fəaliyyət göstərən "İstanbul Dönər" ictimai iaşə obyektində, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında fəaliyyət göstərən "Öz Tantuni" ictimai iaşə obyektində, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev küçəsi 20A ünvanında fəaliyyət göstərən "Adana Dönər", Nəsimi rayonu, S.Vurğun küçəsi 58, m. 22A ünvanında fəaliyyət göstərən "Tantuni" ictimai iaşə obyektlərində plandankənar yoxlamalar həyata keçirilib.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu