Jurnalistləri Müdafiə Komitəsi (CPJ) sosial media hesabında bildirib ki, İsrailin Fələstinin Həmas hərəkatı ilə müharibəsi başlamasından bəri ən azı 50 müxbir və media işçisi öldürülüb.
Oxu24.com xəbər verir ki, noyabrın 20-nə olan məlumata görə, CPJ-nin məlumatına görə, münaqişə zonasında 45 fələstinli, dörd israilli və bir livanlı jurnalist həlak olub.
Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.
Komitə ölən və yaralanan jurnalistlərin iş yerlərini siyahıya salmır.
Təşkilat jurnalistlərə qarşı hücumların, təhdid hadisələrinin, kiberhücumların və senzuranın sayının artdığını qeyd edir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR