Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98283
az

Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub

11:1021 Noyabr, 2023
163
CƏMİYYƏT
  • A

Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub

 

Oxu24.com xəbər  verir  ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb və yüksək nəticə göstərənlər xidmətə qəbul olunub.

 

Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçulara xidməti vəsiqələri təqdim edilib, müəyyən tapşırıq və tövsiyələr çatdırılıb.

Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi verilməklə, 1 nəfər isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi ilə xidmətə qəbul edilib.  

Məlumat üçün bildiririk ki, 2023-cü ilin avqust və oktyabr aylarında da Vətən müharibəsi iştirakçıları həqiqi hərbi xidmətə qəbul olunub. Onlar ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Xidmətin struktur bölmələrində xidmət aparırlar. 

Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Rusiya prezidentləri Xəzərdə ekoloji vəziyyəti müzakirə ediblər
SON DƏQİQƏ! Azərbaycanda rəsmi qurum meymunçiçəyi ilə bağlı açıqlama yaydı
Putinin şərəfinə dövlət ziyafəti verildi -YENİLƏNDİ

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda mağazadan 1100 manatlıq spirtli içki oğurlanıb