Co Baydenin reytinqi onun prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb.
Oxu24.com xəbər verir ki,bunu NBC News-un keçirdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, telekanalın məlumatına görə, Amerika prezidentinin bəyənmə reytinqi 40 faiz aşağı düşüb.
İlkin olaraq bu göstəriciyə səbəb vətəndaşların əksəriyyətinin Baydenin xarici siyasətə yanaşmasını və Yaxın Şərqlə bağlı mövqeyini dəstəkləməməsi olub.
"Joe Bayden prezidentliyinin son dərəcə aşağı nöqtəsindədir və bunun böyük bir hissəsi amerikalıların onun xarici siyasət fəaliyyətlərinə necə baxması ilə bağlıdır",- deyə sorğuçu Jeff Horwitt bildirib.
Daha əvvəl bildirilmişdi ki, Co Baydenin reytinqinin aşağı düşməsi üzrə əvvəlki “rekord” 2023-cü ilin aprelində müəyyən edilib.
Daha sonra ABŞ liderinin reytinqi 37 faizə düşüb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR