Türkiyədə baş vermiş dəhşətli cinayətin detalları məlum olub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Manisada ana və qızı çoxmənzilli binanın liftində ölü tapılıb.
Lifti aşağı enmək üçün çağıran şəxs tərəfindən görülən və polisə xəbər verən müəmmalı hadisə ilə bağlı araşdırma başladılıb.
Həmin şəxslərin 48 yaşlı Devrim Gülərin və qızı 18 yaşlı Doğa Etyemezin olduğu müəyyən edilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR