AI Journey konfransının təşkilat komitəsi Maskı Moskvada çıxış etməyə dəvət edib
“AI Journey” süni intellekt üzrə beynəlxalq konfransın təşkilat komitəsi amerikalı iş adamı İlon Maskı Moskvada keçirilən tədbirdə məruzəçi kimi çıxış etməyə dəvət edib.
Oxu24.com xəbər verir ki,Bu barədə təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Süni İntellekt Dünyasına Səyahət” beynəlxalq konfransının təşkilat komitəsi sahibkar İlon Maskı dəvət edir”, – nəşrdə deyilir.
Konfransa OpenAI-nin keçmiş baş direktoru Sem Altman və OpenAI-nin həmtəsisçisi Qreq Brokman da dəvət olunub. Potensial məruzəçilər süni intellektin gələcəyi ilə bağlı fikirlərini bildirmək, yeni Grok neyron şəbəkəsi haqqında mümkün fikirləri bölüşmək və ChatGPT-nin yaradılması haqqında danışmaq üçün dəvət olunublar.
Xatırladaq ki, bu yaxınlarda Avropanın “EU Reporter” portalı yuxarıda qeyd olunan tədbirdə İlon Maskın mümkün çıxışı barədə məlumat yayıb. Lakin onlar hər şeyi təkzib edərək əlavə ediblər ki, iş adamı istəsə, qoşula bilər.
Daha əvvəl Elon Musk və onun şirkəti xAI, suallara hazırcavab cavab verə bilən və “üsyankar meyllərə malik” süni intellekt Grok nümayiş etdirmişdi. Neyron şəbəkənin artıq digər süni intellektləri çaşdıran suallara cavab verməyə qadir olduğu vurğulanır.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR