Krımda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb.
Qəza noyabrın 19-da Sovetski rayonunun Nikolaevka kəndi yaxınlığında baş verib.
Hadisə zamanı “LADA Kalina” qarşıdan gələn zolağa çıxıb və “VAZ-2104” markalı avtomobillə toqquşub.
“Avtomobilin sürücüləri və avtomobillərdə olan iki sərnişin aldıqları xəsarətlərdən dünyasını dəyişib”, - deyə məlumatda qeyd edilir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR