“Türkiyə hesab edir ki, İsraillə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Biz Vaşinqtonun İsraili tam dəstəkləməsi və daimi atəşkəsi qəbul etməməsi ilə razılaşmırıq.
ABŞ-ın İsrailə dəstəyi davamlı qətllər və bombardmanlarla davam edərsə, bu, qlobal böhran yaradacaq. Biz atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışmaqdan imtina edirik”-deyə, o bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR