Milli Müdafiə Nazirliyi İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusunun Haburdakı sərhəd məntəqəsinə təslim olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki,Milli Müdafiə Nazirliyi 2 PKK terrorçusunun təslim olduğunu açıqlayıb.
MSB-nin sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Pəncə seriyası əməliyyatları ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçışlar davam edir.
İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəmizə təslim olub.
Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır!”
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR