Məşhur amerikalı reper Snup Doq "siqareti buraxır".
Oxu24.com xəbər verir ki,bu barədə o, X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Cümə axşamı sosial mediada yayımlanan qısa açıqlamada reper pərəstişkarlarına "çox fikirləşdikdən və ailəsi ilə söhbətlərdən sonra" qərar verdiyini bildirib.
O, həmçinin şəxsi toxunulmazlıq hüququna hörmət edilməsini istəyib.
Əlavə məlumat verilməyib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR