Banqladeşdə bir gündə denge qızdırmasından ölənlərin sayı 24-ə çatıb.
OXU24.COM lent.az-a istinadən bildirir ki, bu barədə Səiyyə Xidməti məlumat yayıb.
Ölənlərdən 11-i payataxt Dəkkədədir.
Bununla da cari ildə sözügedən xəstəlikdən ölənlərin sayı 1500-ü keçib, ümumi yoluxma saayı isə 296665 nəfərdir.
Səhiyyə Xidməti bildirib ki, xəstəlikdən 289390 nəfər sağalıb.
Denge qızdırması ağcaqanadlar tərəfindən ötürülən kəskin yoluxucu xəstəlikdir. Əksər hallarda, asemptomatikdir, bu da onun diaqnozunu çətinləşdirir. Əlamətlərinə adətən yüksək hərarət, baş ağrısı, göz, əzələ və oynaq ağrıları, şişkin limfa düyünləri və xarakterik bir səpgi daxildir.
Denge xəstəliyi ən çox Asiya və Latın Amerikasında yayılıb. 2000-ci ildən bəri hadisələrin sayı iqlim dəyişikliyi, miqrasiya və urbanizasiya səbəbindən 8 dəfə artıb. 2022-ci ildə təxminən 4 milyon 200 min denge infeksiyası hadisəsi qeydə alınıb.
Hazırda Denge qızdırmasının ən çox yayıldığı ərazi Banqladeşdir. Bu xəstəliyə qarşı peyvənd 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün hazırlanır.
Oxu24.com
ŞƏRHLƏR