Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97837
az

Yaponiya  Şimali Koreyanı izləmək üçün  raket hazırladı

10:1013 Noyabr, 2023
112
DÜNYA
  • A

Yaponiya yanvarın 11-də kəşfiyyat peyki ilə birlikdə KXDR-dəki vəziyyət haqqında məlumat toplayacaq H-2A reaktiv daşıyıcı aparatını buraxmağı planlaşdırır.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Yaponiya peyklərdən istifadə etməklə Şimali Koreyanın raket obyektlərinə nəzarət etmək niyyətindədir. Bundan əlavə, kosmik gəmi regionda baş verən təbii fəlakətlər zamanı məlumat toplamaq üçün istifadə olunacaq.

Sentyabrda Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno ölkəsinin hökumətinin ballistik raketlərin buraxılması ilə bağlı KXDR-ə etiraz etdiyini bildirib.

Bundan əvvəl Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın, ilkin məlumatlara görə, Yapon dənizinə doğru ballistik raket atdığını bildirmişdi. Təxminən altı dəqiqə sonra Şimali Koreyanın raketinin artıq yerə düşdüyü dəqiqləşib. Daha sonra ikinci raketin buraxılması barədə məlumat yayılıb.

Bundan əvvəl KXDR Cənubi Koreyaya nüvə zərbələrini imitasiya edən təlimlər keçirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ