Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97811
az

TƏBİB çoxsaylı işçi axtarır - VAKANSİYA

20:3712 Noyabr, 2023
1629
ELANLAR
  • A

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

İşə qəbul şöbəsinə böyük məsləhətçi
 

 Son tarix 21 noy 2023 - [email protected]

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali təhsil: humanitar, sosial, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə ali təhsil;
İş təcrübəsi: İnsan resursları sahəsi üzrə minimum 4 il (işə qəbul istiqamətində minimum 2 il);
Komputer biliyi: MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
Sertifikat: SHRM / HRCI arzuolunandır
Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər: 
Komandada işləmə;
Məsuliyyətlilik, dürüstlük; çeviklik,
Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük;
Səlis və işgüzar ünsiyyət bacarığı;
Layihə idarəedilməsi üzrə təcrübənin olması üstünlükdür.
İşin təsviri:
İşə qəbul sisteminin idarə edilməsi və siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
İstedadların cəlb edilməsi üçün işə qəbul strategiyasını təkmilləşdirməklə sürətli və keyfiyyətli namizəd cəlbini həyata keçirmək;
Yeni işə qəbul alətlərindən istifadəni təmin etməklə işçi seçimi prosesini təkmilləşdirmək;     
Şöbənin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri hazırlamaq;
İşçi ehtiyaclarını müəyyən etmək, namizəd hovuzunu yaratmaq;
Vakansiya tələblərinin müəyyən edilməsi, elanlar hazırlaması, işə qəbul kanallarında yerləşdirilməsi, namizədlərin seçilməsi, dəyərləndirilməsi, iş təklifinin verilməsi, işçilərin sınaq müddətinin qiymətləndirilməsi və s. işə qəbul ilə bağlı digər müvafiq fəaliyyəti icra etmək;
Fəaliyyət ilə bağlı işə götürmə metrikalarını izləmək, aylıq və rüblük hesabatlar hazırlamaq;
İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək.
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “İşə qəbul şöbəsi - böyük məsləhətçi” qeyd olunmalıdır;
CV-lər 20 noyabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb