İsrail kəşfiyyat xidmətləri qrup rəhbərliyində mühüm vəzifələr tutan 20 yüksək vəzifəli Həmas üzvünü öldürdüklərini bildiriblər.
Oxu24.com xəbər verir ki,bu barədə Yedioth Ahronoth portalı məlumat yayıb.
Hesabatda radikal təşkilatın yaraqlılarının İordan çayının qərb sahilində aşkar edildiyi iddia edilir - onların məhv edilməsi ilə İsrail hərbi hava qüvvələri məşğul olub.
Əməliyyatda İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) də iştirak edib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Sabra Tel əl-Hava batalyonunun komandiri Mustafa Dalulun ləğv edildiyini açıqlamışdı.
HƏMAS komandirinin hava hücumuna məruz qaldığı qeyd edilir. Koordinatları pilotlara İsrailin ümumi təhlükəsizlik xidməti Şin Bet verib. İDF-nin məlumatına görə, Həmas-İsrail müharibəsi başlayandan bəri Dalul mərkəzi olaraq Qəzza zolağında İDF qoşunlarına qarşı döyüş əməliyyatlarının idarə olunmasında iştirak edib.
Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq HƏMAS-ın komanda mərkəzinin Qəzza zolağının mərkəzi xəstəxanasının altında yerləşdiyini bildirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR