Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97486
az

“İnanıram ki, hakim Elman Rəhimov Prezidentin sahibkarlığa dəstək siyasətini davam etdirəcək”

10:2306 Noyabr, 2023
592
HÜQUQ
  • A

Üç il öncə Quba rayonunda baş verən güclü yanğın sahibkarların tamamilə müflis olması ilə nəticələnib.

Oxu24.com xəbər verir ki,yanğınla bağlı aparılan məhkəmə prosesi ikinci instansiyada yekunlaşmaq üzrədir.

Fövqəladə Hallar Nazirliyində aparılan araşdırma zamanı istintaq belə qənaətə gəlib ki, hadisə yanğın təhlükəsizliyi qaydalarının Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev tərəfindən pozulması nəticəsində baş verib.

K.Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, Quba Rayon Məhkəməsi isə işə xitam verib.

Hazırda yanan ticarət mərkəzinin sahibi Mövlud Əliyevin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rəhimovun sədrliyi ilə baxılır.

Sahibkar Mövlud Əliyev müraciətində bildirib ki, artıq 3 ildir istintaq və məhkəmə prosesinin uzadılması ona dəyən zərərin ödənilməməsinə səbəb olub və qarşılaşdığı problemlərdən dolayı yaşadığı stressdən sonra infarkt keçirib: “Bizim mağazamız yanıb, hər şey məhv olub. Obyektimizi yandıran Kamran Babayev (Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi) təqsirləndirilsə də, cəzalandırılmır.

Təqsirləndirilən Kamran Babayev istintaqda özünü təqsirli bildiyini deyib. Onun səhlənkarlığı, işini qanuna uyğun formada görməməsi nəticəsində bizim bütün mağazamız, məhsullarımız yanıb, həyatımız məhv olub”.

Zərərçəkmiş Mövlud Əliyev ictimaiyyətə müraciətində qeyd edib ki, hazırda işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baxılır və proses yekunlaşmaq üzrədir: “Təqsirləndirilən tərəf son 3-4 prosesdə gəlib hər iclası bir bəhanə ilə təxirə saldırır, növbəti iclasda da heç bir əsas gətirmir.

Azərbaycanda Prezident İlham Əliyevin başçılığı ilə aparılan uğurlu siyasət sahibkalığın inkişafı, sahibkarların əsassız yerə incidilməməsinə yönəlib və biz də öz fəaliyyətimizdə bu dəstək siyasətini hiss edirdik.

Amma bu sonuncu prosesdə gördüm ki, bəzi şəxslərin bilərəkdən süründürməçiliklə sahibkarların məhv edilməsinə rəvac verirlər. İndi artıq söz hakim Elman Rəhimovdadır. Mən inanıram ki, hakim Elman Rəhimov Prezidentin sahibkarlığa dəstək siyasətini davam etdirəcək”.

Qeyd edək ki, hadisə 2020-ci ildə Qubada baş verib. Sahibkar Mövlud Əliyev hadisənin “Azərişıq” əməkdaşlarının məsuliyyətsizliyi ucbatından baş verdiyini deyir. O qeyd edir ki, obyektin üstündən keçən elektrik naqilləri qırılıb düşdüyü üçün mağaza yanıb. Ona 75 min manatlıq ziyan dəyib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA