Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97216
az

Azərbaycanda qadın ərini buna görə bıçaqladı, amma həbs edilmədi

11:5831 Oktyabr, 2023
195
KRİMİNAL
  • A

Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb.

OXU24.COM  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışmasını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib.

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib.

Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı