Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97196
az

İsrail Fələstin Qızıl Aypara Cəmiyyətinin anbarlarını bombalayıb

19:2230 Oktyabr, 2023
141
  • A

İsrailin Qəzzaya hücumları davam edir.

 

Oxu24.com xəbər  verir  ki,bu dəfə İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin obyektlərini və anbarlarını bombalayıb.

 

Hücumdan sonra obyektlər və anbarlar yararsız hala düşüb.

Zərərçəkən anbarlardan məhdud sayda gətirilən humanitar yardım materiallarının Rəfah Sərhəd Qapısı vasitəsilə paylanması həyata keçirilirib.

İsrailin Qəzzaya hücumları ilə bağlı son vəziyyət

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.

İsrail ordusu da Qəzza zolağına intensiv hava zərbələri endirib.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 312-si əsgər olmaqla 1400 israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin hücumları nəticəsində 3 min 342-si uşaq, 2 min 262-si qadın olmaqla 8 min 5 fələstinlinin həlak olduğunu, 20 min 242 nəfərin isə yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 120 fələstinli ölüb, təxminən 2 min fələstinli yaralanıb.

İsrailin bombardmanı zamanı Qəzzada 35, Livanda isə 1 jurnalist həyatını itirib.

İsrailin blokada altındakı Qəzza zolağına intensiv hücumları səbəbindən bölgədə sabit, mobil telefon və internet rabitə xidmətləri dayanıb.

İsrail ordusu oktyabrın 26-da məhdud quru əməliyyatlarını genişləndirməyə başlayıb və hava hücumlarının dozasını daha da artırıb.

Minlərlə yaralı və mülki vətəndaşın olduğu Qəzzanın ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanası da İsrail ordusunun hədəfində olub.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda indiyədək 48 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi