Aktrisa Ancelina Coli İnstaqramda İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edən yazı dərc edib.
Oxu24.com xəbər verir ki,ulduz heç bir ölkəni dəstəkləmədiyini bildirib.
Coli deyib ki, hər iki tərəfdən mülki əhalinin əzab çəkməsindən özünü "qəzəbli və xəstə hiss edir".
“İsraildə baş verənlər terror aktıdır. Amma bu, Qəzzada dinc əhalinin bombalanması nəticəsində nə qədər günahsız insanın həlak olmasına haqq qazandıra bilməz. Əhalinin qaçmağa yeri yoxdur, insanların ərzağa, suya çıxışı yoxdur, evakuasiya üçün heç bir yol yoxdur, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrumdurlar”, - deyə sənətçi bildirib.
Coli xatırladıb ki, 20 ilə yaxındır ki, müxtəlif vaxtlarda yaşayış yerini tərk etməli olan qaçqınlarla işləyir. Aktrisa izah edib ki, İsrail və Fələstində mülki şəxslər üçün humanitar yardım kifayət deyil.
“Yardım, yanacaq və sudan imtina bütün xalq üçün kollektiv cəzadır. Humanitar səbəblərdən atəşi dərhal dayandırmaq lazımdır. Fələstinlilərin və israillilərin həyatı, dünyadakı bütün insanların həyatı kimi, eyni dəyərə malikdir”, – Coli şəxsi bloqunda yazıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR