Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97074
az

Pakistan və Hindistan arasında atışma gedir

18:4727 Oktyabr, 2023
164
DÜNYA
  • A

Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birinə atəş açdığı, hadisədə can itkisinin olmadığı açıqlanıb.

 

Oxu24.com xəbər verir  ki,Milli mətbuatda yer alan xəbərlərə görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.

 

İki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb.

 

Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.

 

Kəşmir məsələsi

 

İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi üçün o zamanlar knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qaldı.

 

Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşməyə tərəfdar olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verdi.

 

Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında müharibə baş verdi.

Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verildi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qərarlarla Kəşmirin demilitarizasiyasını və gələcəyini referendumla müəyyən etməyi nəzərdə tutur.

Hindistan administrasiyası referenduma qarşı çıxsa da, Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini istəyir.

Digər tərəfdən, Hindistan 2019-cu il avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi və bölgəni iki "Birlik əraziləri"nə: birbaşa mərkəzi hökumətə tabe olan "Cammu Kəşmir" və "Ladax"a böldü.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü -FOTO
Zelenskinin ofisi ABŞ-a Avropadakı hərbi kontingentin qismən dəyişdirilməsini təklif edib
Braziliyada xidməti avtomobilə pivə yükləyən polislər həbs edilib

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq