“Fələstin hərəkatı atəşkəs razılaşdırılmayana qədər girovları azad edə bilməz”.
Bunu HƏMAS qruplaşmasının Rusiyadakı nümayəndəsi Əbu Hami deyib.
O, bildirib ki, HƏMAS hərbi münaqişənin lap əvvəlindən mülki məhbusları azad etmək niyyətindən danışıb.
Hazırda hərəkata oktyabrın 7-də Qəzza zolağında olan insanların hamısını tapmaq üçün vaxt lazımdır.
“Bizə Qəzza zolağında mülki məhbusları tapmaq üçün vaxt lazımdır. Bundan sonra biz onları azad edə biləcəyik. Bunun üçün sakit mühit lazımdır”, - deyə Əbu Hami qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR