Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen xarici işlər naziri Hakan Fidanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Oxu24.com xəbər verir ki,Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Danimarka arasında münasibətlərin bütün aspektlərinin dəyərləndirilməsi planlaşdırılır.
Həmçinin aktual məsələlər, o cümlədən Qəzzada baş verənlər, Ukraynadakı vəziyyət, Türkiyə-Avropa İttifaqı münasibətləri, bəzi Avropa ölkələrində Qurani-Kərimə hücumlar barədə fikir mübadiləsi aparılacağı gözlənilir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR