Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Xmelnitski atom elektrik stansiyasının yaxınlığında güclü partlayışlar olduğunu bildirib.
Oxu24.com xəbər verir ki,eyni zamanda, MAQATE rəhbəri Rafael Qrossinin bəyanatında deyildiyi kimi, onlar stansiyanın fəaliyyətinə təsir göstərməyib.
“Güclü partlayışlar obyektin bir çox pəncərələrini sındırdı və bəzi radiasiya monitorinq stansiyalarının enerjisini müvəqqəti olaraq kəsdi, bu, davam edən hərbi münaqişə zamanı nüvə təhlükəsizliyinə təhlükəni bir daha vurğuladı”, - MAQATE rəhbəri bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR