Azərbaycan əhalisinin gənc hissəsi arasında işsizlik səviyyəsi 10 faizdir.
OXU24.COM xəbər verir ki, 2022-ci ildə 1,35 milyon gəncin 132 mini işsizdir.
Azərbaycanda ümumi işsizlik səviyyəsi 5,6 faizdir. Yəni, 5,14 milyon nəfərlik əmək qabiliyyətli əhalinin 293 mini işsizdir.
Gənclər arasında işsizlik səviyyəsi 15-19 yaş və 20-24 yaşlarında daha yüksəkdir. Yaşları 15-19 olanların 13,6 faizi, yaşları 20-24 olanların isə 13,5 faizi işsizdir.
Yaşı 25-29 olanların isə 6,9 faizi işsiz olub.
Qeyd edək ki, bütün ölkələrdə işsizlik göstəricisi gənclər arasında digər yaş qruplarına görə yüksək olur. Bunun əsas səbəbi gənclərin iş təcrübəsinin az olmasıdır.
ŞƏRHLƏR