Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ukraynanın terrorçu dövlət olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə o, yeni regionların qanunvericilik assambleyalarının rəhbərləri ilə görüşdə müvafiq bəyanatla çıxış edib.
Senatorun qeyd etdiyi kimi, qanunvericilik məclislərinin bu rəhbərlərinin hər biri cəsarət göstərərək, regionların Rusiyaya yenidən birləşə biləcəyi vaxtı yaxınlaşdırıb. Eyni zamanda o, diqqəti Xerson Vilayət Dumasının "rəhbəri" Tatyana Tomilinanın sui-qəsddən sağ çıxmasına yönəldib.
“Bunlar terror aktlarıdır. Bu gün Ukrayna nümayiş etdirdi ki, terrorçu dövlətdir”, - Federasiya Şurasının spikeri bildirib.
O qeyd edib ki, bu cür cinayətlərə heç bir bəraət qazandırmaq olmaz. Siyasətçinin sözlərinə görə, onlara qiymət veriləcək “vaxt gələcək”.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR