Qırmızı Xaç işçiləri Fələstinin Həmas hərəkatı tərəfindən tezliklə azad oluna biləcək 50-yə yaxın girovla görüşmək üçün Qəzza zolağına doğru gediblər.
Oxu24.com xəbər verir ki,bu barədə İsrailin i24News telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, danışıqlar yekunlaşmaq üzrədir. Onlarda əsas vasitəçinin HƏMAS hərəkatının liderlərinin yaşadığı Qətər olduğu qeyd edilir.
Bildirilir ki, söhbət ikili vətəndaşlığı olan girovların - İsrailin və hansısa başqa ölkənin azad edilməsindən gedir.
Məsələnin yaxın saatlarda həll oluna biləcəyi dəqiqləşdirilir.
İsrail ordusu ilə HƏMAS arasında zərbə mübadiləsi oktyabrın 7-dən, sonuncunun yaraqlıları İsrailin cənub bölgələrini atəşə tutduqdan sonra onun ərazisini işğal edərək 200-dən çox insanı girov götürdükdən sonra davam edir. Bundan sonra İDF cavab əməliyyatına başlayıb.
Bundan əvvəl HƏMAS-ın “şərtsiz təslim olacağı” və girovları azad edəcəyi təqdirdə İsrailin quru əməliyyatından əl çəkəcəyi məlum olub.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR