Oxu24.com İsrailin baş nazirinin ofisinə istinadən xəbər verir ki, İtaliya hökumətinin başçısı Giorgia Meloni İsrailə səfər edib.
“Baş nazir Benyamin Netanyahu Təl-Əvivdəki Kyria kompleksində İtaliyanın baş naziri Giorgia Meloni ilə bağlı qapılar arxasında görüş keçirir”, - deyə məlumatda bildirilir.
Daha sonra geniş tərkibdə görüşün baş tutacağı vurğulanır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun oktyabrın 24-də İsrailə gələ biləcəyi bildirilirdi.
Oktyabrın 19-da Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə gəlib. Hökumət başçısı ölkə prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşlər planlaşdırmışdı.
Həmin gün Almaniyanın müdafiə naziri Boris Pistorius İsrailə gəlib. Departament rəhbərinin Təl-Əvivə səfərinin məqsədi iki dövlət arasında hərbi əməkdaşlıq üzrə danışıqlar aparmaq olub.
Oktyabrın 18-də ABŞ prezidenti Co Bayden İsrailə işgüzar səfər edib.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR