Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96841
az

Rusiyada ağır qəza: Ölənlər var

23:4221 Oktyabr, 2023
141
DÜNYA
  • A

Krasnoyarsk diyarının Novoselovski rayonunda iki avtomobilin iştirakı ilə qəza baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb. İkisi azyaşlı olmaqla daha dörd nəfər yaralanıb.

Oxu24.com xəbər  verir   ki,bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Hadisənin oktyabrın 21-də Yenisey yolunun 237-ci kilometrliyində baş verdiyi bildirilir.

 

Krasnoyarskdan Abakana gedən “VAZ” markalı avtomobilin sürücüsü yolun qarşıdakı zolağına çıxıb və “Toyota” markalı avtomobillə toqquşub. Yerli avtomobildə iki böyük sərnişin və 14 və 15 yaşlı iki yeniyetmə olub. Xarici avtomobildə iki qadın olub.

"Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü və iki böyük sərnişin ölüb. Avtomobildə olan iki azyaşlı da xəsarət alıb. Xarici avtomobildə olan sürücü və sərnişin xəsarət alıb", - idarənin teleqram kanalında deyilir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daşqınlar Slovakiyaya 20 milyon avroluq ziyan vurdu
Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro ayıracaq
Putin sərəncam verdi: Ordunun şəxsi heyəti artırılır