Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117984
az

MSK Vəfa Nağının şikayəti ilə bağlı QƏRAR VERDİ

17:5613 Sentyabr, 2024
524
CƏMİYYƏT
  • A

70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağı seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Oxu24.com  “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert qrupunun üzvü Ramiz İbrahimov məlumat verib.

Müraciətçi sözügedən dairəsinin 23 seçki məntəqəsində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Vəfa Nağıyeva təşviqat dövründə qayda pozuntularının olduğunu, bir seçicinin digər məntəqələrdə də səs verdiyini, səsvermə qutusuna birdən çox bülletenin atıldığını iddia edib.

Araşdırma prosesində namizəd özü ilə gətirdiyi protokolları verməkdən imtina edib və bildirib ki, protokolları lazım olan yerlərə verəcək.

Lakin ekspert qrupunun üzvləri qeyd edib ki, protokollar araşdırılması üçün məhz MSK-ya verilməlidir.

Müraciətçinin təqdim etdiyi videogörüntülərdə isə pozuntuların olmaması müəyyən edilib. Lakin təqdim olunan videogörüntülərə əsasən, 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində bu və ya digər şəkildə seçicilərin iradəsinə təsir edə biləcək qanun pozuntularının olduğu müəyyən edilib.

Beləliklə, 70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağıyevanın müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri etibarsız hesab olunub. Təklif səsə qoyularaq qəbul edilib.

Məlumat üçün bildirək ki, sözügedən dairədə lider namizəd Tənzilə Rüstəmxanlıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır