Oxu24.com xəbər verir ki,Almaniyanın keçmiş kansleri Gerhard Schröder Berliner Zeitung qəzetinə müsahibəsində deyib ki, Almaniya artıq suveren xarici siyasət yeritmir, ABŞ-ın istədiyini edir.
O xatırladıb ki, o, transatlantik alyansın qorunub saxlanmasının tərəfdarı olub, lakin heç bir bahasına deyil.
“Biz əsasən suveren xarici siyasət yürüdürdük. Bu gün bizdə artıq buna malik deyilik”, - deyə Şröder bildirib.
Onun sözlərinə görə, bir dəstə Amerika şirkəti Rusiyada fəaliyyətini davam etdirir və bu, ABŞ hökumətini “narahat etmir”.
Şröder deyib ki, Almaniya amerikalıların istədiklərini və amerikalıların özlərinin etmədiklərini siyasi olaraq həyata keçirir.
Həmçinin bu müsahibəsində Şröder “Şimal axını 2” boru kəmərinin istismara verilməsini müdafiə edib və Krımı “Rusiya tarixinin bir hissəsi” adlandırıb. Bundan əlavə, o, prezident Vladimir Putinlə dost olmadığını iddia etməyəcəyini bildirib
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR