G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri Rusiyanı taxıl sazişini bərpa etməyə çağırıblar.
Oxu24.com xəbər verir ki,Sənəddə deyilir: “Biz Rusiyanı... Qara Dəniz Taxıl Təşəbbüsünü tezliklə bərpa etməyə çağırırıq”.
Bəyanatda izah edilir ki, bu qərar qlobal bazara tədarükləri yaxşılaşdıracaq və ərzaq qiymətlərindəki dəyişkənliyi azaldacaq.
Bundan əvvəl BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) rəhbəri Rebeka Qrinspan və BMT baş katibinin müavini Martin Qriffits Rusiya tərəfi ilə qida və gübrə ixracı ilə bağlı görüşlər keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara taxıl müqaviləsinin bərpası üçün işləri davam etdirir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR