Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96425
az

Futbol klubunun prezidenti Hollandiyada polis tərəfindən döyülüb

20:5512 Oktyabr, 2023
452
İDMAN
  • A

Hollandiya polisi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda yerli “AZ” və “Legiya” arasında keçirilən oyundan sonra Polşa klubunun prezidenti Dariuş Mioduskini döyüb.

Oxu24.com xəbər verir ki,Bu barədə “Legia”nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, polis “Legia” prezidentinin üzünə və kürəyinə bir neçə zərbə endirib. Görüşdən sonra komandalar avtobusa doğru yollansa da, arenanın əməkdaşları bütün çıxışları bağlayıblar.

Bu səbəbdən “Legia”nın oyunçuları və işçiləri izdihamın arasından avtobusa doğru yollanıblar.

Hollandiya polisi özünü aqressiv aparıb və bu, davaya gətirib çıxarıb, bu zaman Mioduski və komandanın məşqçisi polis tərəfindən vurulub.

Polşa yığmasının iki futbolçusu Xosue və Radovan Pankov nəzarətə götürülüb.

Bundan əvvəl amerikalı futbolçunun həbs olunaraq ruhi xəstəxanaya göndərildiyi bildirilirdi.

 

 

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AFFA “Kəpəz”in məşqçisinə ağır cəza verdi
Erlinq Holann zədələndi
"Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
8 il sonra iti tapıldı

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Salyanda məktəbli intihar etdi