Rusiya prezidenti Vladimir Putinin Pekinə planlaşdırılan səfəri fonunda Rusiya və Çin yeni sazişlər üzərində işləyirlər.
Oxu24.com RİA "Novosti"yə istinadən xəbər verir ki, sazişlərin bağlanması barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.
“Biz belə sazişlər üzərində işləyirik”, - diplomat qeyd edib.
Oktyabrın 11-də Çin Xarici İşlər Nazirliyi Putinin iştirak edəcəyi forumun tarixlərini dəqiqləşdirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinqin sözlərinə görə, tədbir oktyabrın 17-dən 18-dək Pekində keçiriləcək.
Avqustun 29-da Bloomberg mənbələrə istinadən yazıb ki, Putin “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Çinə gələcək. Putinin Çin forumunda iştirakına hazırlıq barədə məlumat həm Federasiya Şurası, həm də Kreml tərəfindən təsdiqlənib. Sentyabrın 20-də Rusiya prezidenti Moskvada Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə Çin sədri Si Cinpinin oktyabrda Çinə səfər etmək dəvətini qəbul etdiyini bildirib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR